Uşaqlarını yük yerində daşıyan sürücüdən TƏHLÜKƏ - VİDEO

Qaydalar 21 Aprel 2021 10:05 Oxunub 1892
Uşaqlarını yük yerində daşıyan sürücüdən TƏHLÜKƏ  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda sərnişindaşıma qaydalarını pozan sürücünün videogörüntüsünü oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərib. Belə ki, 90-LF-318 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü üç azyaşlı uşağı yük yerində apararaq sərnişindaşıma qaydalarını kobud şəkildə pozub. "Yol Hərəkəti Haqqında" Qanunun tələbinə görə sərnişinlər yalnız oturacaqda daşınmalı və bu zaman təhlükəsizlik kəmərindən istifadə etməlidirlər.
Yük yerində daşınan bu uşaqların həyatı real təhlükə altındadır. Sürücünün sərt manevr etməsi və ya yol nəqliyyat hadisəsinin baş verməsi zamanı, onların xəsarət alması ilə nəticələnə bilərdi.
 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh