Üzərində xırda lampalar olsa da, heç biri yanmır - VİDEO

Üzərində xırda lampalar olsa da, heç biri yanmır. Paytaxtdakı yol nişanlarının əksəriyyətinə, xüsusilə də piyada nişanlarına günəş panelləri quraşdırılıb, üzərinə isə xırda lampalar yerləşdirilib. Məqsəd günün qaranlıq saatlarında nişanın sürücülər və piyadalar tərəfindən daha aydın görünməsini təmin etməkdir. Lakin bəzi nişanların üzərindəki işıqlar yanmır. Nişanların aydın görünməməsi əsasən sürücülərin işini çətinləşdirir. Hətta qəza şəraitinin yaranmasına da səbəb olur.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, həmin nişanlar işığı əksetdirmə qabiliyyətinə malikdir. Bu səbəbdən də üzərindəki lampalar yanmasa da, ciddi problem yarada bilməz. Bununla belə, həmin nişanların işlək vəziyyətə gətirilməsi üçün müvafiq tədbirlər görüləcək.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












