“Vasmoy”da qanunsuz parkinq : Vətəndaşlar səs-küyə görə şikayət edir - VİDEO

Qaydalar 11 Sentyabr 2024 14:00 Oxunub 164
“Vasmoy”da qanunsuz parkinq : Vətəndaşlar səs-küyə görə şikayət edir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda sahibinin kim olduğu bəlli olmayan parkinq küçədə uzun müddətli tıxaclara səbəb olur.

Avtosfer.az xəbər verir ki, paytaxtın Nizami rayonunda uzun illərdir fəaliyyət göstərən parkinq küçədə hərəkəti çətinləşdirdiyi üçün vətəndaşların narazılığına səbəb olub.

Belə ki, Arif Hacıyev küçəsində uzun illər əvvəl təşkil edilən qanunsuz parklama yeri, onsuz da, ikizolaqlı dar küçənin daha da keçilməz olması ilə nəticələnib. Üstəgəl, ərazidə saxlamaq istəyən avtomobil sahiblərinə qəfil yaxınlaşan “parkovşik”lər heç bir xidmət göstərmədikləri halda ödəniş də tələb edirlər. Sakinlər deyir ki, hər dəfə yolun kənarında saxlayıb mağazaya girmək istəyən sürücülərlə “parkovşik”lər arasında söz-söhbət yaranır. Hətta bir neçə dəfə əlbəyaxa dava da düşüb.

Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər belə qanunsuz parklama yerlərinin təşkilinin vaxtaşırı davalara səbəb olduğu üçün vəziyyətin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsini xahiş edib.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh