VAZ-la sağ-sol edib yolu yarış meydanına çevirən sürücü – 04-BB-418 - VİDEO
Qaydalar
18 Avqust 2025 15:00
Oxunub 1182

Xaçmaz-Xudat rayonları ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videosu sosial şəbəkədə paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, 04-BB-418 dövlət nömrə nişanlı “VAZ-2101” markalı avtomobilin sürücüsü gecə saatlarında yolda təhlükəli manevrlər edib. Kadrdan da göründüyü kimi, o, qəfil “sağ-sol” edərək yol boyu “şou” göstərib. Digər görüntüdə isə qayda pozan sürücü yolu yarış meydanına çevirib. Belə ki, o, dəfələrlə əks istiqamətli yola çıxaraq həm özünə, həm də qarşı tərəfdən gələn avtomobillərə qəza şəraiti yaradıb. Sürücü eyni zamanda maşının konstruksiyasına müdaxilə edib.
Nərmin
ŞƏRH YAZ














