“VAZ”a sayrışan işıq quraşdırıb sərt manevrlər edən “Eka” ləqəbli sürücü - 47-BD-975 - VİDEO

Qaydalar 11 Sentyabr 2024 15:00 Oxunub 526
“VAZ”a sayrışan işıq quraşdırıb sərt manevrlər edən “Eka” ləqəbli sürücü  - 47-BD-975  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Binəqədi rayonunda qaydaları kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 47-BD-975 dövlət nömrə nişanlı “VAZ-2104” markalı avtomobilin sürücüsü yaşayış zonasında sərt manevrlər edib. Bu zaman o, özüylə yanaşı avtomobildə olan sərnişinə də təhlükə yaradıb. Digər görüntüdə isə sürücü işıqforun qırmızı işığına məhəl qoymadan hərəkət edib. Eyni zamanda o, maşının ön şüşəsinə operativ nəqliyyat vasitələrinə aid olan sayrışan işıq siqnalı quraşdırıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çox avazlı) səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh