Banner

“VAZ”ın qabağını qaldırıb nömrəsiz sürən sürücü - 90-BS-437- DİN-dən AÇIQLAMA - VİDEO

Qaydalar 15 Noyabr 2025 11:40 Oxunub 1592
“VAZ”ın qabağını qaldırıb nömrəsiz sürən sürücü - 90-BS-437- DİN-dən AÇIQLAMA  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, İsmayıllı rayonunda idarə etdiyi “VAZ-2107” markalı avtomobillə qaydaları pozan sürücü ilə bağlı araşdırma aparılıb. Müəyyən olunub ki, videogörüntülər ötən il qeydə alınıb və həmin vaxt sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub. Hazırda qeyd olunan nəqliyyat vasitəsi rayon ərazisində idarə olunmur.

***14 noyabr, 18:35
İsmayıllı rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videolarını “TikTok” sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 90-BS-437 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin ön dövlət nömrə nişanını çıxararaq idarə edib. Eyni zamanda o, maşının konstruksiyasına müdaxilə edərək arxa yayları kəsib və ön hissəsini qaldırıb və nəqliyyat vasitəsini ön işıq cihazlarından biri nasaz vəziyyətdə sürüb. Digər kadrda isə toy karvanında iştirak edən sürücü, maşının arxa tərəfinə bağladığı tül ilə dövlət nömrə nişanını gizlədib.

Qanunvericiliyə görə, nəqliyyat vasitəsinin nömrə nişanını gizlətmək, dəyişdirmək və ya oxunmaz vəziyyətə salmaq ciddi qayda pozuntusu hesab olunur və sürücülər barəsində inzibati məsuliyyət nəzərdə tutulur. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh