Velosiped zolağını bağlayan taksi sürücüsü CƏZALANDIRILDI - VİDEO

Avtosfer.az-ın məlumatına görə, həmin avtomobili idarə edən sürücü R.Nəzərov Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin dayanma və ya durma qaydalarının pozulması maddəsi ilə protokol tərtib olunub. Sürücünün diqqətinə digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanması və ya durmasının qanunla qadağan edildiyi çatdırılıb, onunla profilaktik söhbət aparılıb.
*** 25 avqust, 17:30
Paytaxtın Nəsimi rayonu, Mirzəağa Əliyev küçəsində qayda pozan sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 24-də günorta saatlarında qeydə alınıb. Belə ki, taksi fəaliyyətiylə məşğul olan 90-YJ-645 dövlət nömrə nişanlı “FAW” markalı avtomobilin sürücüsü maşını velosiped zolağında park edib. Nəticədə o, zolaqdan istifadə edən velosiped və skuter sürənlərin yolunu kəsib və onları təhlükəyə atıb. Kadrdan da göründüyü kimi, ərazidən skuterlə keçən şəxs avtomobillərin hərəkətdə olduğu yola çıxmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, izləyici sözügedən sürücünün maşını uzun müddət zolaqda saxladığını əlavə edib.
Nərmin
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










