Velosiped zolağının kənarına qoyulmuş zibil qabları görünüşü məhdudlaşdırır - VİDEO

Qaydalar 15 May 2024 12:00 Oxunub 440
Velosiped zolağının kənarına qoyulmuş zibil qabları görünüşü məhdudlaşdırır  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda velosiped zolağının kənarına qoyulmuş zibil yeşikləri görünüşü məhdudlaşdırır. Avtosfer.az xəbər verir ki, bu barədə sürücülərdən biri video çəkərək sosial şəbəkədə paylaşıb. Söhbət paytaxtın Şəmsi Bədəlbəyli küçəsindən gedir. Belə ki, velosiped zolağının kənarına yerləşdirilmiş zibil qabları kəsişən yoldan çıxan sürücülərin görünüşünü məhdudlaşdırır. Bu səbəbdən həmin sürücülər velosiped zolağında olan sürücüləri görməkdə çətinlik çəkirlər.

Sözügedən yerdə görünüşü bərpa etmək üçün ya zibil yeşikləri yığışdırılmalıdır, ya da ki, görüntünün məhdud olduğu yerlərə quraşdırılan güzgüdən tətbiq edilməlidir.

Leyla

ŞƏRH YAZ
Ad

E-mail

Şərh