Velosiped zolaqlarında gəzintiyə çıxan piyadalar təhlükə yaradır - VİDEO

Paytaxtda velosiped sürücüsü tərəfindən lentə alınan kadrlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, görüntülərdə velosipedlər üçün ayrılan xüsusi zolağın piyadalar tərəfindən tutulduğu, nəticədə sürücülərin özlərinə aid olan hissədən maneəsiz şəkildə istifadə edə bilmədiyi açıq şəkildə görünür. Kadrlardan da görünür ki, belə hallar daha çox səkilərdə və parklarda təşkil edilən zolaqlarda yaşanır. Belə ki, “28 May” Nəqliyyat Mübadilə Mərkəzinin və Bulvar ərazisində təşkil edilən velosiped zolaqlarında vətəndaşlar bu yolda hərəkəti nəzərdə tutulan nəqliyyat vasitələrini nəzərə almır və zolaqda hərəkət edir.
Bu cür hallar həm velosipedçilər, həm də piyadalar üçün təhlükə yaradır. Çünki velosiped yolu üzərində gözlənilmədən hərəkət edən piyada qəza riskini artırır. Qaydalara görə, piyadaların yalnız onlar üçün nəzərdə tutulmuş səkilərdən istifadə etməsi tələb olunur.
Eltac Zülfüqaroğlu
Yolayrıcında qəza təhlükəsi yaradan sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Bu küçədə ikinci zolaq daimi parkinqə çevrilib - Sürücülər NARAZIDIR - VİDEO
Piyada yerüstü keçidi qoyub yolun ortasında özünü təhlükəyə atdı - VİDEO
Gəncədə qaydaları vecinə almayan sürücü əks yolda “şou” göstərdi - HƏBSƏ DÜŞDÜ - VİDEO
Yol polisindən qaçan sərxoş sürücü bütün qaydaları pozdu; iş məhkəməyə düşdü - VİDEO
Qırmızı işıqda saniyələrə baxıb qayda pozanlar; bunu bilirdiniz? - AÇIQLAMA - VİDEO
Ən sadə qaydanı pozan sürücü təhlükəli anlara səbəb oldu - VİDEO
Zolağa baxmadan manevr edən sürücü avtomobilin yolunu kəsdi - VİDEO
Maşının qabağını qaldırıb “şou” göstərən sürücü YENƏ CƏRİMƏLƏNDİ - VİDEO
“BakuBus”ın sürücüləri bir-biri ilə yarışır; Təlimlərdə onlara nə öyrədilir? – RƏSMİ AÇIQLAMA - VİDEO
Bu prospektdə sürücülər kütləvi şəkildə səkini zəbt edirlər - VİDEO











