Vəsiqəsi yoxdur, həm də sərxoş halda mikroavtobus sürür - HƏBS OLUNDU - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin Bakı-Quba yolunun Abşeron rayonu ərazisində yerləşən stasionar postunda “Mercedes Sprinter” markalı avtomobillə “Saxla” işarəsi verilsə də, sürücü - Beyləqan rayon sakini Kənan Mirzəli tabesizlik göstərərək hərəkətini davam etdirib.
Avtosfer.az xəbər verir ki, məsuliyyətdən yayınmaq məqsədilə qarşıdakı postlarda da təhlükəli manevrlər edərək polisin qanuni tələblərinə məhəl qoymayan Kənan Mirzəli görülən tədbirlər nəticəsində saxlanılıb.
Araşdırması zamanı avtomobili hüquqsuz və narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunduğunda Kənan Mirzəli məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi hüquqazidd əməllər törədən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir!
"AA" seriyalı avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu - FOTO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










