Vəsiqəsiz motosiklet sürdü - Qəza törədib "Hyundai"ı əzdi - ANBAAN VİDEO

Oktyabrın 31-də paytaxtın Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, qeyd edilən tarixdə saat 18:50 radələrində "99 L 891" nömrəli motosiklet park edilmiş "90 YL 083" dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində, avtomobilə ciddi maddi ziyan dəyib.
Motosikleti idarə edən şəxsin sürücülük vəsiqəsi olmayıb. Həmçinin sözügedən motosiklet qəzanı törədən şəxsə deyil, onun dostuna məxsus olub. Motosikletin sahibi isə polisə yalan məlumat verərək bildirib ki, motosikleti özü idarə edib.
Şikayətçi bildirir ki, öz sığortası tərəfindən avtomobilin təmirinə başlanılıb. Lakin, nəqliyyat vasitəsinə dəyən zərər nəticəsində onun bazar dəyəri xeyli aşağı düşüb.
Şikayətçi ona dəymiş maddi zərərin ödənilməsini tələb edir.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












