Vəsiqəsiz, nömrəsiz maşın sürən şəxs postda hay-küy qopardı: "Özümü doğrayacam..." - FOTO

Xaçmaz rayon sakini Təbriz Məhərrəmov “Azsamand” markalı avtomobili dövlət qeydiyyat nişanları olmadan idarə etdityi üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisində yerləşən stasionar postunda saxlanılıb.
Avtosfer.az xəbər verir ki, araşdırma zamanı onun avtomobili sürücülük hüququ olmadan idarə etməsi də müəyyən olunduğundan, hər iki fakt üzrə qanunvericiliyə uyğun tədbir görülüb.
Lakin, məsuliyyətdən yaxa qurtarmaq, törətdiyi qanunazidd əməlləri cəmiyyətə yanlış yöndə təqdim etmək məqsədi güdən Təbriz Məhərrəmov sonradan dostu ilə birgə posta gələrək avtomobili yandıracaqlarını, özlərinə xəsarət yetirəcəklərini bildirməklə süni gərginlik yaratmağa calışıb, onları intizama dəvət edən YPX əməkdaşlarına hədə-qorxu gələrək tabesizlik göstərib. Hər iki şəxs saxlanılaraq aidiyyəti üzrə ərazi polis orqanına təhvil verilib.
Baş Dövlət Yol Polisi İdarəsi törətdikləri hüquqazidd əməllərdən nəticə çıxarmaq əvəzinə aqressiv, qeyri-adekvat davranış nümayiş etdirməklə polisə təsir göstərmək niyyəti güdən bu kimi halların əbəs və yolverilməz olduğunu bir daha qeyd edir, qanunvericiliyin tələblərini pozan, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təhdid edən şəxslərə qarşı kəsərli tədbirlərin görüləcəyini bildirir.
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO














