Vəsiqəsiz sürücü işdən çıxarıldı - FOTO

Dünən Koroğlu Mübadilə Mərkəzində keçirdiyimiz sorğuda oğlunun sürücülük vəsiqəsi ilə sükan arxasına əyləşdiyini deyən 10 TG 895 dövlət nömrə nişanlı avtobusun sürücüsü işdən azad edilib. Bu baradə “Qafqazinfo”ya məlumatı Bakı Nəqliyayyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev verib. O bildirib ki, dünən videodan sonra daşıyıcı Agentliyə çağrılıb və ciddi şəkildə xəbərdarlıq edilib. Eyni zamanda həmin sənədsiz idarə edilən avtobus da dərhal xətdən kənarlaşdırılıb:
“Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslərin sükan arxasında oturması məhz daşıyıcının işinə səhlənkar yanaşmasının nəticəsidir. Ümumiyyətlə, həmin marşrut xətti üzrə daşıyıcıya bundan əvvəl də digər məsələlərlə bağlı xəbərdarlıqlar edilmişdi. Bir daha da diqqətinə çatdırılıb ki, əgər fəaliyyətində müsbət dəyişikliklər olmasa, avtobuslar yenilənməsə, sürücü bazasını peşəkarlardan formalaşdırmadığı təqdirdə marşrut xəttinin istismarına dair müqaviləyə xitam veriləcək. Daşıyıcı da qısa vaxtda qeyd edilən nöqsanlar aradan qaldırılacağına söz verib”.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













