Vətəndaşlar polisə XƏBƏR VERDİ; sərxoş tutulan sürücü dava saldı - VİDEO

Yol polisi əməkdaşlarına müqavimət göstərib söyüş söyən şəxs həbs edilib.
Avtosfer.az xəbər verir ki, Türkiyənin Nevşehir şəhərində baş verən hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.
Belə ki, vətəndaşlar “112” məlumat mərkəzinə bir sürücünün sərxoş vəziyyətdə avtomobil idarə etdiyini bildirib. Hərəkətə keçən polis qrupları həmin şəxsin idarə etdiyi 66-ADT-923 dövlət nömrə nişanlı avtomobili saxlayıb. Alkoqol testindən keçirilən şəxsin 2,51 promil sərxoş olduğu məlum olub. Sürücü onu saxlamaq istəyən polis əməkdaşlarına müqavimət göstərərək onları hədələməyə, təhqir etməyə və söyməyə başlayıb. Bir müddət səbir göstərən polis əməkdaşları sonda şəxsi polis bölməsinə aparıblar. Saxlanılan şəxsin sürücülük vəsiqəsi 6 ay müddətinə əlindən alınıb və 9 min lirə inzibati pul cəzası kəsilib.
Bundan əlavə, o, məhkəmənin qərarı ilə həbs edilib.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:
Namiq Musayev
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO









