Videoları yayılan bu sürücləri yol polisi cərimələdi - VİDEO

Sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı qeydə alınmış videogörüntülər mütəmadi olaraq Avtosfer.az saytında dərc edilir. Dövlət Yol Polisi İdarəsi isə həmin görüntülərə baxış keçirərək sürücülərin məsuliyyətə cəlb edilməsi istiqamətində addımlar atır. Yayılmış həmin görüntülər əsasında bir neçə sürücü müəyyən edilərək barələrində protokol tərtib olunub. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Belə ki, sentyabrın 27-də, paytaxtın Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolun körpüyə çıxan hissəsində 99-HP-583 dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü qəza şəraiti yaratdığı üçün, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib edilib.
Binəqədi rayonu ərazisində əks yola çıxaraq təhlükə yaradan 99-ME-123 qeydiyyat nişanlı "Sokda" markalı avtomobilin sürücüsü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilib.
Binəqədi rayonu, Baksol yolunda əks yola çıxaraq ötmə əməliyyatı edən 90-PV-420 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilib.
Paytaxtın İnşaatçılar prospektində piyadaya yola verməyən 90-OG-759 qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobilin sürücüsü isə İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilib.
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO










