Bakıda videosu yayılan 4 sürücünü DYP cərimələdi - FOTO - VİDEO

Qaydalar 17 Noyabr 2021 14:45 Oxunub 3726
Bakıda videosu yayılan 4 sürücünü DYP cərimələdi  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda qaydaları pozduğuna görə videoları yayılan sürücülər məsuliyyətə cəlb olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, videoları yayılan 90-ZY-212 qeydiyyat nişanlı “Mercedes” markalı evakuatorun sürücüsü Əhmədov Tahir Elsevər oğlu İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə 30 manat, 77-PE-829 qeydiyyat nişanlı “Khazar” markalı avtomobilin sürücüsü Nəcəfov Teymur Nəcəf oğlu İnzibati Xətalar Məcəlləsinin 327.1 40 manat, 90-UJ-233 qeydiyyat nişanlı “Hyundai Tucson” markalı avtomobilin sürücüsü Əbdürrəhmanov Rəhman Rövşən oğlu İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat, 20-DJ-102 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü Bayramov Rasim Ayət oğlu İnzibati Xətalar Məcəlləsinin 346.1- ci maddəsi ilə 20 manat məbləğində cərimə edilib.

Həmin qayda pozuntularının videosunu yenidən təqdim edirik:

 

Təbriz

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh