"Vito" sürücüsü həbs edildi - VİDEO

Şamaxı rayon sakini Elçin Sadıqov “Mercedes Vito” markalı avtomobili idarə edərkən sürücülük hüququ məhdudlaşdırıldığına və çoxsaylı ödənilməyən cərimələri olduğuna görə Baş DYP İdarəsinin Qobustan rayonu ərazisində yerləşən stasionar postunda saxlanılıb.
Avtosfer.az xəbər verir ki, hüquq və vəzifələri izah olunarkən E.Sadıqov məsuliyyətdən yayınmaq məqsədilə süni gərginlik yaratmağa çalışıb və YPX əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq postu tərk edib.
Görülən tədbirlər nəticəsində E.Sadıqov saxlanılıb. Barəsində tərtib edilmiş inzibati materiallar məhkəməyə təqdim olunub və məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, polis əməkdaşlarının qanuni tələblərinə əməl olunması hər bir şəxsin qanunla müəyyən edilmiş vəzifəsidir. Bu tələblərin yerinə yetirilməməsi və məsuliyyətdən yayınmağa yönələn hərəkətlər qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət yaradır.
Məhəllədə maşın saxlamağa görə hansı halda cərimə yazılır? – AÇIQLAMA - VİDEO
Sürücü tıxacda qalmamaq üçün yolayrıcına qədər əks yolla sürdü - VİDEO
Milli Məclis İXM-də telefondan istifadəyə görə cərimə məsələsinə birtərəfli yanaşmamalıdır – EKSPERT
Zolağını dəyişən sürücü qəfil tormoz verib qəza şəraiti yaratdı - VİDEO
Dayanacağa girməyən avtobus sürücüsü yolda sərnişin düşürüb-mindirdi - VİDEO
Taksi çağıran sərnişin yer tapmadı – Duracağı zəbt etdilər - VİDEO
Ötmə qaydasını pozan sürücü təhlükə yaratdı, sonra "ara işlədi" - VİDEO
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO












