Xaçmazda “Opel”lə riskli manevrlər edib “TikTok”da paylaşan sürücü qohumu ilə birgə saxlanıldı - VİDEO

Xaçmazda “Opel” markalı 38-BJ-780 nömrəli avtomobili sürücülük hüququ olmadan idarə edib avtoxuliqanlıq edən və görüntüləri sosial şəbəkələrdə yayan 16 yaşlı yeniyetmə polis tərəfindən saxlanılıb. DİN-Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Avtosfer.az-a bildirib ki, araşdırmalarla avtomobili ona qohumunun verdiyi məlum olub. Hər iki şəxs Polis Şöbəsinə dəvət olunub, profilaktik söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.
***
Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videolarını sosial şəbəkə hesabında yayıb.
Avtosfer.az-ın məlumatına görə, 38-BJ-780 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü “şou” göstərmək məqsədilə yolda təhlükəli manevrlər edib və bu görüntüləri qəsdən ictimailəşdirib. Videodan aydın olduğu kimi, o, bu zaman özüylə yanaşı, piyadalara da qəza şəraiti yaradıb. Kadrdan görünür ki, onlar qorxaraq geri çəkiliblər.
Paylaşılan digər görüntülərdə isə sürücü avtomobilin konstruksiyasına müdaxilə edib və ayaqaltı hissəsinə göy rəngli işıqlar quraşdırıb.
Bundan başqa, o, maşın sürməyə yaşının çatmadığını və bu səbəbdən avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyini videoda bildirib.
Nərmin
Bakıda kargo şirkəti yolu zəncirləyib – Sakinlər narazıdır - FOTO
Bakıda avtobus sürücüsü eyni maşını iki dəfə təhlükəyə atdı - VİDEO
Azyaşlı övladı ilə birlikdə maşının qarşısına qəfil çıxıb təhlükə yaratdı - VİDEO
Keçidin qarşısını tutan yük maşını sürücü və piyadaları təhlükəyə atdı - VİDEO
Qəfil manevr edən sürücü təhlükə yaradıb azyaşlı sərnişini qorxuya saldı - VİDEO
Eyni anda iki kobud qayda pozan sürücü təhlükə yaratdı - VİDEO
Yüngül qəzanı yolun ortasında həll edə bilməyən sürücülər tıxac yaratdılar - VİDEO
“Toyota” sürücüləri maşınlarını qarajın girişində saxlayıb getdi - FOTO
Yağışlı havada sağdan ötmə edən sürücü təhlükə saçdı - VİDEO
Şəxsi avtomobillər dayanacağı zəbt etdi – Taksi sürücüsünə yer qalmadı - VİDEO
Şüvəlanda riskli manevr edən “BMW” sürücüsü az qala qəza törədirdi - VİDEO










