Banner

Xanım sürücü siqnal verdi, qarşıdakı sürücü qəzəblənib əli ilə... - VİDEO

Qaydalar 10 İyun 2025 14:00 Oxunub 2044
Xanım sürücü siqnal verdi, qarşıdakı sürücü qəzəblənib əli ilə... - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda qaydalara əməl etməyən xanım sürücü digər sürücünü qəzəbləndirib. Avtosfer.az xəbər verir ki, hadisə mayın 11-də, paytaxtın Xətai prospektində qeydə alınıb. Belə ki, 90-MB-479 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü yolda sıxlıq olduğunu görə-görə qarşıdakı nəqliyyat vasitəsinə siqnal verib. Bundan əsəbiləşən sürücü əlini bayıra çıxarıb və "uçum?" deyərək öz narazılığını bildirib.

Qanunvericiliyə görə, səs siqnalı 2 halda veirlə bilər: 1) yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda.

2) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün.

Bu qaydanın pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsilə 30 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh