Xanım təlimçiyə təpik atan “Range Rover” sürücüsü saxlanıldı - FOTO - VİDEO

Bakıda qayda pozuntusu edən sürücünün qanunlara və etik davranışa zidd hərəkətləri kameraya düşüb. Hadisə aprelin 20-də paytaxtın Dərnəgül mübadilə məntəqəsinin yaxınlığında baş verib. Bu barədə sürücülük təlimçisi Arzu Babazadə Avtosfer.az-a məlumat verib.
Təlimçi bildirib ki, həmin gün tələbəsi ilə dərs keçərkən “77-XU-015” dövlət nömrə nişanlı Range Rover markalı avtomobilin sürücüsü dayanma-durma qaydasını pozduğu üçün ona irad bildirib. Sürücü “pulum var, cəriməsini ödəyəcəm” deyərək, öz hərəkətinə haqq qazandırmağa çalışıb.
Hadisənin davamında isə təlim zamanı geriyə hərəkət manevri öyrədilən zaman həmin sürücü avtomobildən düşərək Arzu Babazadənin idarə etdiyi təlim maşınına təpik atıb və onun ünvanına nalayiq ifadələr işlədib. Təlimçi bu hərəkətə etiraz etdikdə, sürücü yüksək sürətlə ərazidən uzaqlaşıb.

Arzu Babazadə baş vermiş hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə şikayət edib. Məsələ ilə bağlı polis bölməsində araşdırma aparılıb və artıq sürücü saxlanılıb. Onun barəsində müvafiq qanunvericiliyə uyğun tədbir görüləcək.
Təlimçi xanım daha sonra öz hesabında video paylaşaraq Avtosfer.az-a, DİN rəhbərliyinə və əməkdaşlarına məsələdə göstərdikləri həssas yanaşmaya görə təşəkkürünü bildirib.
Fidan
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO










