XAOS YARADAN sürücülər: Biri əks yola çıxıb təhlükə yaratdı, digəri maşını saxlayıb dava etdi - VİDEO

Bakının Sabunçu rayonunda qayda pozan sürücülər görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 5-də günorta saatlarında qeydə alınıb. Hərəkətdə olan 10-OX-410 dövlət nömrə nişanlı “Toyota Camry” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozub və qəza riski yaradıb. Belə ki, o, əks istiqamətli yola çıxaraq “QAZ-3110” markalı maşını ötür. Bu zaman “QAZ” sürücüsü yaranmış təhlükəni dəf etmək üçün sağa manevr edir. Qayda pozan sürücü isə yenidən öz zolağına qayıdır.
Hadisəni videoya çəkən moto sürücünün iddiasına görə, daha sonra 01-CH-883 dövlət nömrə nişanlı “Nissan” markalı və 77-YB-889 dövlət nömrə nişanlı “Changan” markalı avtomobillər arasında mübahisə baş verib. O bildirib ki, münaqişəyə səbəb “Nissan” sürücüsünün maşının işığını yandırıb-söndürməsi olub. Nəticədə “Changan”ın sürücüsü avtomobili anidən saxlayıb və onunla mübahisə edib. Bu zaman yolda sıxlıq yaranıb.
Nərmin
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO










