Xarici nömrə ilə taksi xidməti göstərmək olarmı? - VİDEO

SK-953-KS nömrəli avtomobili idarə edən sürücü taksi fəaliyyəti göstərir. Dövlət nömrə nişanı Gürcüstana məxsusdur. Görüntülər Bakının "NZS" qəsəbəsində lentə alınıb. Sürücü xarici ölkəyə məxsus avtomobillə taksi xidməti göstərir. Halbuki Nazirlər Kabinetinin 141 saylı qərarına görə, sərnişindaşımaya görə xüsusi icazə yalnız Azərbaycanda dövlət qeydiyyatına alınan nəqliyyat vasitələrinə verilir.
Nəqliyyat eksperti Ərşad Hüseynov deyir ki, şəxs dövlət qeydiyyatına düşdükdən sonra avtomobili texniki baxışdan keçirməli, nəqliyyat vasitəsini sığorta etdirməli və bundan əlavə, sərnişinlərin fərdi qəza sığortasını da əldə etməlidir. Yalnız bir halda həmin sürücü Azərbaycana taksiçi kimi gələ bilər. Bu zaman isə sürücü sərnişinlərin hər biri ilə müqavilə bağlamalı, müəyyən sənədləri toplamalı, rüsumu ödədikdən sonra sərhəd keçid məntəqəsinə təqdim etməlidir. Ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu, uzun prosedur olduğuna görə adətən sürücülər bunu etmirlər. Sürücü ölkəmizdə qonaq olduğu müddətdə avtomobilini taksi kimi sürübsə, ona 40 manat maliyyə sanksiyası tətbiq oluna bilər.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












