Xarici sürücülük vəsiqəsini dəyişmədikdə sürücünü nə gözləyir? - VİDEO

Azərbaycana gəlmiş xarici ölkə vətəndaşları sürücülük vəsiəqəsini dəyişdirmədikləri halda yol polisləri ilə bağlı problem yaşayırlar. Sürücülər redaksiyamıza müraciət edərək bildirir ki, xarici ölkədən aldıqları vəsiqəni Azərbaycan nümunəli sürücülük vəsiqəsinə dəyişdirmədikləri halda yol polisləri tərəfindən cərimələnirlər.
Bəs buna görə qanunvericilikdə cərimə nəzərdə tutulub, yoxsa yox?
Hüquqşünas Ərşad Hüseynov bildirib ki, buna görə cərimə yazılması qanunsuzdur. “Yol Hərəkəti Haqqında Qanunun 35-1 ci maddəsinə əsasən Azərbaycanda yaşayış üçün icazə almış şəxs, xaricdə almış sürücülük vəsiqəsini 1 ay müddətinə istifadə edə bilər. 1 ayın tamamında xaricdən aldığı vəsiqəni Azərbaycan nümunəli sürücülük vəsiqəsinə dəyişməlidir. Bunu dəyişmədikdə isə inzibati məsuliyyət yaratmır və ona heç kim deyə bilməz ki, sürücülük hüququn yoxdur”.
Ərşad Hüseynov onu da qeyd edib ki, turist kimi gəlib 90 gün müddətinə Azərbaycanda qalan xarici ölkənin vətəndaşları sürücülük vəsiqəsini dəyişməyə də bilər.
Qeyd edək ki, qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini dəyişdirməlidir. Amma qeyd etdiyimiz kimi bunu dəyişmədikdə belə inzibati məsuliyyət yaratmır və sürücülük hüququ olmaması anlamına gəlmir.
Təbriz
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO









