Xətaidə “sağ-sol” edib əks yola çıxan sürücü CƏZALANDIRILDI - VİDEO - YENİLƏNİB

Qaydalar 12 İyul 2024 11:21 Oxunub 1972
Xətaidə “sağ-sol” edib əks yola çıxan sürücü CƏZALANDIRILDI   - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

DYP-dən Avtosfer.az-a verilən məlumata görə qayda pozan sürücü aşkarlanıb və barəsində inzibati tənbeh görülüb.

***

Paytaxtın Xətai rayonunda qaydaları kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, görüntü iyulun 10-u axşam saatlarında yaxınlığında qeydə alınıb. Hərəkətdə olan 77-MA-943 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib.

Belə ki, “şou” göstərən sürücü əks istiqamətli yola çıxıb və yenidən öz zolağına qayıdıb. Bu zaman o, qarşı tərəfdəki nəqliyyat vasitələrinə qəza riski yaradıb. 

Nərmin

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh