Xətaidə sürücü bahalı maşınını şlaqbaumun önündə park edib getdi - VİDEO

Paytaxtda binanın qaraj çıxışının avtomobillər tərəfindən tutulması ilə bağlı növbəti narazılıq qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, Xətai rayonu Xocalı prospektində sürücülərdən biri yaşadığı binanın qarajından çıxmaq istəyərkən qarşısının park edilmiş nəqliyyat vasitələri tərəfindən kəsildiyini bildirib. Onun sözlərinə görə, bu səbəbdən 35 dəqiqədən çox qarajda gözləməli olub.
Sürücü qeyd edib ki, hadisəyə səbəb olan əsas avtomobillərdən biri “Range Rover” markalı, 10-YC-850 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olub. Qarajın önündə yaranan vəziyyətin səbəbi avtomobilin birbaşa qarajın çıxış hissəsinə park edilməsi olub. Üstəlik, ərazidə şlaqbaumun olmasına baxmayaraq, sürücü avtomobili məhz çıxışın qarşısında saxlayıb.
Sürücü vurğulayıb ki, bu cür halların tez-tez baş verməsi bina sakinlərinin gündəlik hərəkətinə ciddi maneə yaradır və xüsusilə təcili vəziyyətlərdə daha böyük problemlərə səbəb ola bilər.
Eltac Zülfüqaroğlu
Bloger sərnişin oturacağında tərsinə oturub klip çəkdi; cəriməsi var - VİDEO
Stop işıqları yanmayan sürücü təhlükə yaratdı - 90-KZ-107 - VİDEO
Narkotikin təsirində olan "BMW" sürücüsü saxlanıldı - VİDEO
Getdiyi yerdə geriyə hərəkət edən sürücü gözlənilməz təhlükə yaratdı - VİDEO
Bu küçədəki qırmızı işıqda hərəkət etmək olar - CƏRİMƏSİ YOXDUR - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - DİN-dən AÇIQLAMA - VİDEO
Bu küçədə 1 saatda 100 sürücü niyə cərimələnir? — DYP-dən AÇIQLAMA
Stop nişanını görməzdən gələn avtobus sürücüsü qəza riski yaratdı - VİDEO
Gecə təhlükəsiz sürüşün qaydaları BUNLARDIR
"20 Yanvar" dairəsində maşınları sıxışdıran "BakuBus" SÜRÜCÜSÜ CƏZALANDIRILDI - VİDEO
Bakıda sürücü təhlükəli manevr etdi, qəza şəraiti yaratdı - VİDEO










