Banner

Xətt tanımayan sürücü avtomobillərə təhlükə yaratdı - VİDEO

Qaydalar 17 Dekabr 2024 13:00 Oxunub 318
Xətt tanımayan sürücü avtomobillərə təhlükə yaratdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 4-də, paytaxtın Yusif Səfərov küçəsində baş verib.

Belə ki, 77-FH-280 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü tunelin girişində təhlükəsizlik adacığının üzərinə çıxaraq təhlükə yaradıb. Bununla kifayətlənməyən sürücü daha sonra tuneldə bütöv xəttin tələbini pozaraq sol zolağa yerdəyişmə edib. O, bu zaman sol zolaqdakı sürücüyə də təhlükəli vəziyyət yaşadıb.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində 40 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh