Xeyirxah əməllə məşğul olarkən qaydaları pozan tanınmış aktyor cərimələnə bilər - VİDEO

Bakıda məşhur idmançı kobud şəkildə qayda pozub. Avtosfer.az xəbər verir ki, o, çəkdiyi videonu sosial şəbəkədə paylaşıb. Belə ki, "Land Rover" markalı avtomobilin sürücüsü, məşhur idmançı və aktyor Şükran Sultanov yolda hərəkətdə olarkən sükan arxasında imkansız bir şəxsə görüntülü zəng edərək ona yardım edəcəyini deyib. Lakin bu hərəkəti etməklə o həm özünü, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altında qoyub. O həm də təhlükəsizlik kəmərindən də istifadə etməyib.
Məşhurlar adətən izləyicilər üçün nümünə olurlar. Xeyirxahlıqla yanaşı onun qayda pozan davranışları da izləyicilərə örnək ola bilər.
Yollarda baş verən qəzaların səbəblərindən biri də mobil telefondur. Sükan arxasında telefondan istifadə zamanı fikir yayındığı üçün qəza qaçılmaz olur. Çox təəssüf ki, sürücülər bəzən bunun əhəmiyyətinə varmırlar və ciddiliyini qəbul etmirlər. Qəza baş verəndə isə artıq hər şey gec olur.
Qeyd edək ki, Şükran Sultanov təhlükəsizlik kəmrindən istifadə etmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən 40 manat cərimə edilməlidir. Həmçinin, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əlində saxlamaqla ondan istifadə etməsinə görə 50 manat cərimə nəzərdə tutulur.
Leyla
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO
Qəsəbədə yük maşını hər gün piyada keçidini zəbt edir - 77-HN-425 - FOTO
Sürücü motosikleti "şahə qaldıraraq" təhlükə yaratdı - ANBAAN VİDEO - YENİLƏNİB
Yolda bir-birinə sürtünən sürücülər qəza vəziyyəti yaratdı - VİDEO
Sürücü fəryad etdi: Elə bil yoncalıqda maşın sürürlər - VİDEO
Yola baxmadan manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Biləcəridə əks yola çıxan sürücü qarşıdan gələnləri riskə atdı - 10-ZT-837 - VİDEO
Qayda tanımayan sürücü digər avtomobili əks yola çıxarıb riskli anlar yaşatdı - VİDEO











