Xırdalanda 800 manatlıq qayda pozan sürücü - 77-GY-026 - VİDEO
Abşeron rayonu Xırdalan şəhərində qayda pozan sürücünün görüntüləri sosial şəbəkədə yayılıb. Avtosfer.az-ın məlumatına görə, 77-GY-026 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü maşının ön şüşəsinə operativ nəqliyyat vasitələrinə aid olan göy və qırmızı sayrışan işıq siqnalları quraşdırıb. Sürücünün avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi də kadrda əks olunub. Digər görüntüdə isə o, sükan arxasındaykən özünü telefonla videoya çəkərək təhlükəli vəziyyət yaradıb.
Qeyd edək ki, avtomobilə İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çox avazlı) səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Nərmin