Xırdalanda marşrut sürücüləri yarışa çıxıb "avtoş"luq etdi - Həyəcan təbili çalınmalıdır! - VİDEO

Xırdalanda yarışa çıxan marşrut sürücüləri hərəkət iştirakçılarına təhlükəli anlar yaşadıb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, 17-BF-332 və 50-DO-612 qeydiyyat nişanlı marşrut avtobuslarının sürücüləri oktyabrın 12-i Xırdalan şəhəri Heydər Əliyev prospektində yarışa çıxıb. 17-BF-332 nömrəli avtobusun sürücüsü qapısı açıq vəziyyətdə, 50-DO-612 nömrəli mikroavtobusun sürücüsü isə əks istiqamətli zolağa çıxaraq yarışıblar. Bu zaman qarşıdan gələn sürücülərin və avtobusdakı sərnişinlərin həyatı risk altında olub.
Avtobuslar bir-birinə yaxın hərəkət etdiyi üçün sonda yüngül toqquşma da baş verib.
Qeyd edək ki, sürücülərin bu əməli İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə qiymətləndirilməlidir. Çünki həmin maddədə yazılıb ki, nəqliyyat vasitəsinin sürücüsü ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verirsə avtoxuliqanlıq etmiş hesab olunur. Qeydə alınmış videodan da aşkar şəkildə görünür ki, onlar əks yoldan gələn sürücülərə qarşı yönəlmiş qərəzli hərəkətlərə, o cümlədən sərnişinlərin həyatını riskə ataraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozan hərəkətlərə yol veriblər.
Çox təəssüf edirik ki, Xırdalan şəhərində fəaliyyət göstərən marşrut sürücülərinin özbaşınalığı ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) heç bir tədbir görmür. Buna görə də məsuliyyətdən və diqqətdən kənarda qalan sürücülər istədikləri kimi hərəkət edərək insanların həyatını təhlükəyə atır.
Təbriz
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO










