Xırdalanda maşını ikinci zolaqda saxlayıb yoxa çıxan sürücü - 90-XR-048 - VİDEO

Qaydalar 17 Sentyabr 2024 17:00 Oxunub 182
Xırdalanda maşını ikinci zolaqda saxlayıb yoxa çıxan sürücü - 90-XR-048   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonu, Xırdalan şəhərində dayanma-durma qaydasını pozan sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, təlimçi sürücü xoşagəlməz mənzərəylə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, 90-XR-048 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlayıb. Nəticədə o, hərəkətdə olan nəqliyyat vasitələrinə əngəl törədib və tıxac yaranıb. Sürücünün iddiasına əsasən, qayda pozan şəxs avtomobili uzun müddət ərazidə park edib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə 2 bal və 80 manat məbləğində cərimə nəzərdə tutulur.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh