Xırdalanda motosikletlə “şou” göstərən qadın sürücü – 99-A-721 - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində qayda pozan motosiklet sürücüsünün videosu sosial şəbəkədə paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında şəhərin Koroğlu küçəsində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, 99-A-721 dövlət nömrə nişanlı “Zontes” markalı motosikletin qadın sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq yoluna davam edib. Qarşıdan avtomobilin gəldiyini görən sürücü son anda manevr edərək yenidən öz hərəkət zolağına keçib və bir neçə dəfə təkrarlayıb.
Bundan əlavə, sürücünün hərəkət zamanı lüzumsuz manevrlər etdiyi də görüntülərdən aydın olur.
Qeyd edək ki, yolun əks istiqamətli hissəsində hərəkət etmək digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Belə manevrlər yol-nəqliyyat hadisəsinə səbəb ola bilər.
Nərmin
Qaydalardan bixəbər sürücülər motosikletçiyə çətin anlar yaşatdı - VİDEO
Sağ zolağı məşğul edib sola dönən sürücü hərəkətə mane oldu - VİDEO
Motosikletçi ona təhlükə yaradan sürücüyə görün zarafatla nə dedi - VİDEO
Bakıda sürücü nömrəsiz motosikletlə təhlükə saçdı - VİDEO
İki maşının arasından ötmə edən sürücü qorxulu anlar yaşatdı - VİDEO
Tıxacda qalmaq istəməyən sürücülərdən ağlasığmaz hərəkət - VİDEO
Yola baxmadan geri dönmək istəyən sürücü motosikletçini az qala vuracaqdı - VİDEO
Şagirdlərin həyatına təhlükə yaradan avtoxuliqan həbs edildi - VİDEO
Sürücü qoşa xətti tapdalayıb ara küçəyə döndü - 90-VP-272 - VİDEO
Qaydaları bilməyən sürücü eyni maşına ard-arda qəza şəraiti yaratdı - VİDEO
Texniki pasportda mühərrik nömrəsi yoxdursa, ada keçirmək olarmı? – İZAH – VİDEO












