Xırdalanda nəzarətsiz qalan azyaşlılar mopedlə hoqqa verirlər - VİDEO

Xırdalanda azyaşlıların və digər insanların həyatı ciddi təhlükə altındadır. Avtosfer.az xəbər verir ki, sakinlər bu məsələ ilə bağlı redaksiyamıza kütləvi şəkildə şikayətlər göndərirlər və bu vəziyyətin daha da pisləşməsindən narahatdırlar.
Son dövrlərdə sükan arxasına keçən azyaşlıların mopedi qanuna məhəl qoymadan idarə etməsi halları artıb. Onlar müxtəlif riskli manevrlər edərək həm öz həyatlarını, həm də ətrafdakı insanların həyatını təhlükə altında qoyurlar. Azyaşlıların moped idarə etməsi xüsusilə təhlükəlidir. Çünki bu, nəqliyyat vasitəsinin idarə olunmasında yetərli təcrübə və bacarığa malik olmayan şəxslərin hərəkətlərini ehtiva edir.
Qeydə alınmış ilk videogörüntüdə bir azyaşlı sərnişin əlini tutacaqdan buraxaraq dəbilqəsini çıxarır və yolun kənarında dayanan tanışına özünü göstərməyə başlayır. Bu zaman sürücü müxtəlif riskli manevrlər edərək, yol hərəkəti qaydalarını pozur və bu da əlavə təhlükələr yaradır.
İkinci videoda isə hərəkətdə olan mopedin üzərində üç nəfərin olduğu əks olunub. Burada sürücü yalnız sərnişindaşıma qaydalarını kobud şəkildə pozmayıb, həmçinin, onların heç biri motodəbilqədən istifadə etməyib. Bu vəziyyət, xüsusən də qəzaların ağır nəticələrə səbəb ola biləcəyini göstərir.
Sözügedən videonu təqdim edirik.
Fərid
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO
Qəsəbədə yük maşını hər gün piyada keçidini zəbt edir - 77-HN-425 - FOTO
Sürücü motosikleti "şahə qaldıraraq" təhlükə yaratdı - ANBAAN VİDEO - YENİLƏNİB
Yolda bir-birinə sürtünən sürücülər qəza vəziyyəti yaratdı - VİDEO











