Xırdalanda piyadaları saymayan sürücü onlara yol vermədi: Təhlükəli anlar - VİDEO
Qaydalar
29 Avqust 2025 11:00
Oxunub 1384

Xırdalan şəhərində sürücünün yol hərəkəti qaydalarını pozması təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 90-OP-690 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü piyada keçidində insanların olduğunu görsə də, dayanmayaraq yoluna davam edib. Sürücünün dayanmamasını görən piyadalar isə məcburən hərəkətlərini saxlayaraq avtomobilin keçməsini gözləyiblər.
Sözügedən videonu təqdim edirik.
Fərid
ŞƏRH YAZ














