Xırdalanda "qoçuluq" edən iki sürücü görün nə etdi - VİDEO

Xırdalan şəhərində yol hərəkəti qaydasını kobud şəkildə pozan iki sürücü hərəkət iştirakçılarına təhlükəli anlar yaşadıb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, Mehdi Hüseynzadə küçəsində hərəkət edən 99-SB-529 qeydiyyat nişanlı "İnfiniti" markalı avtomobilin sürücüsü, sağ zolaqda dayanan 99-ZR-976 qeydiyyat nişanlı "Vaz 2107" markalı avtomobilin sürücüsü ilə mübahisəsi düşdüyünə görə onu dayandırmaq üçün əks istiqamətə çıxıb. Bu zaman o, qarşıdan gələn sürücüyə təhlükə yaradaraq hərəkətinə mane olub.
Sürücü "Vaz" markalı avtomobilin qarşısını kəsdikdən sonra avtomobildən düşərək onunla mübahisə etməyə başlayıb. "Vaz" markalı avtomobilin sürücüsü isə qarşı hərəkət zolağına çıxaraq "İnfiniti" markalı avtomobilin sürücüsündən qaçmağa başlayıb. Həmin vaxt avtomobillərin arasından təhlükəli şəkildə keçərək svetoforun qırmızı işığında hərəkətinə davam edib. Onun bu hərəkəti bir neçə sürücüyə qəza vəziyyəti yaradıb.
Fərid
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO











