Xırdalanda sürücülər qaydaları saymırlar: Hər gün qırmızıda keçirlər - VİDEO
Qaydalar
20 Noyabr 2024 10:00
Oxunub 386
Yol hərəkəti qaydalarının ən çox pozulduğu yerlərdən biri də Xırdalan şəhəridir. Avtosfer.az xəbər verir ki, buradakı yolayrıclarının heç birində qırmızı işığı qeydə alan kameralar yoxdur. Bu səbəbdən də sürücülər intizamsızlıq edərək təhlükə yaradırlar. Həmin sürücülərdən birinin görüntüsü kameraya düşüb.
Belə ki, 99-MY-621 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü Heydər Əliyev prospektində qırmızı işığın yanmasını görsə də, gəldiyi sürətlə yoluna davam edib. Bu zaman digər istiqamətdən gələn avtomobillərə təhlükə yaradıb.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Sözügedən videonu təqdim edirik.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR