"Xor-xor"la istehsal olunan avtomobili sürmək qayda pozuntusudur? – EKSPERTDƏN AÇIQLAMA - VİDEO

Qaydalar 3 Sentyabr 2024 12:30 Oxunub 632
"Xor-xor"la istehsal olunan avtomobili sürmək qayda pozuntusudur? – EKSPERTDƏN AÇIQLAMA   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Uzun müddətdir, ölkəmizdəki avtomobillərdə “popkorn” və “xor-xor”dan istifadə edilməsi gündəmdədir. Avtomobil sahiblərinin bu cür qurğuları nəqliyyat vastəsinə quraşdırması ciddi qayda pozuntusu hesab olunur.

Avtosfer.az xəbər verir ki, bu barədə redaksiyaya daxil olan şikayətlər əsasında açıqlama verən nəqliyyat eksperti  Elməddin Muradlı bildirib ki, hətta elə şirkətlər var ki, avtomobil istehsal edərkən özləri belə qurğuları maşına yerləşdirir.

“Yəni avtomobilin üzərində “popkorn” da var, “xor-xor” da var. Onlardan biri də “Haval H6 GT” modelidir. Bu maşın idman üslubunda istehsal edilib. Hələ salondadır və sellofanı hələ üstündədir, amma belə səslər də çıxır. Vətəndaşların müraciətləri əsasında məlumat aldıq ki, “Nissan”ın da bir modelində belə bir sistem quraşdırılıb. İstehsalçı zavodun belə bir sistem quraşdırmasına düzü əvvəlcə inanmadıq. Amma, görünür, idman üslublu avtomobillərlə bağlı belə sifarişlər çox olub və zavod da avtomobilləri üzərində bu sistem quraşdırmaqla istehsal edir. Amma biz bunun qanunvericilik tərəfinə  baxmalıyıq: Azərbaycan qanunvericiliyində hansı səs desibelinə icazə verilir? Biz illər əvvəl 85 desibelə qədərki səsi qəbul etmişdik. Bir neçə ildir ki, yol polisi bizim də hələ tapıb ortaya çıxara bilmədiyimiz bir sənədə istinad edərək bildirir ki, Azərbaycanda səs standartı 74 desibel olmalıdır. Normanı aşmırsa, bu avtomobili elə bu vəziyyətdə də sürmək olar”.

Qeyd edək ki, bu mövzuda videomaterial “Haval” avtomobillərinin sponsorluğu ilə sizə təqdim edildi. “Haval H6 GT” idman üslublu avtomobilinin qiyməti 53900 manat təşkil edir. Endirimdədir və üstünlüklərindən biri də tam ötürücü qutuya malik olmasıdır. Üzərində “Michelin” təkərləri yerləşdirilib. Avtomobilin digər özəllikləri ilə bağlı məlumatları “Haval”ın Babək prospektində yerləşən avtosalonundan öyrənə bilərsiz.

Hülya

ŞƏRH YAZ
Ad

E-mail

Şərh