"Xor-xor"la istehsal olunan avtomobili sürmək qayda pozuntusudur? – EKSPERTDƏN AÇIQLAMA - VİDEO

Uzun müddətdir, ölkəmizdəki avtomobillərdə “popkorn” və “xor-xor”dan istifadə edilməsi gündəmdədir. Avtomobil sahiblərinin bu cür qurğuları nəqliyyat vastəsinə quraşdırması ciddi qayda pozuntusu hesab olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə redaksiyaya daxil olan şikayətlər əsasında açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, hətta elə şirkətlər var ki, avtomobil istehsal edərkən özləri belə qurğuları maşına yerləşdirir.
“Yəni avtomobilin üzərində “popkorn” da var, “xor-xor” da var. Onlardan biri də “Haval H6 GT” modelidir. Bu maşın idman üslubunda istehsal edilib. Hələ salondadır və sellofanı hələ üstündədir, amma belə səslər də çıxır. Vətəndaşların müraciətləri əsasında məlumat aldıq ki, “Nissan”ın da bir modelində belə bir sistem quraşdırılıb. İstehsalçı zavodun belə bir sistem quraşdırmasına düzü əvvəlcə inanmadıq. Amma, görünür, idman üslublu avtomobillərlə bağlı belə sifarişlər çox olub və zavod da avtomobilləri üzərində bu sistem quraşdırmaqla istehsal edir. Amma biz bunun qanunvericilik tərəfinə baxmalıyıq: Azərbaycan qanunvericiliyində hansı səs desibelinə icazə verilir? Biz illər əvvəl 85 desibelə qədərki səsi qəbul etmişdik. Bir neçə ildir ki, yol polisi bizim də hələ tapıb ortaya çıxara bilmədiyimiz bir sənədə istinad edərək bildirir ki, Azərbaycanda səs standartı 74 desibel olmalıdır. Normanı aşmırsa, bu avtomobili elə bu vəziyyətdə də sürmək olar”.
Qeyd edək ki, bu mövzuda videomaterial “Haval” avtomobillərinin sponsorluğu ilə sizə təqdim edildi. “Haval H6 GT” idman üslublu avtomobilinin qiyməti 53900 manat təşkil edir. Endirimdədir və üstünlüklərindən biri də tam ötürücü qutuya malik olmasıdır. Üzərində “Michelin” təkərləri yerləşdirilib. Avtomobilin digər özəllikləri ilə bağlı məlumatları “Haval”ın Babək prospektində yerləşən avtosalonundan öyrənə bilərsiz.
Hülya
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO
Qəsəbədə yük maşını hər gün piyada keçidini zəbt edir - 77-HN-425 - FOTO











