Xüsusi zolaqlardan istifadə edən sürücülər cəzalanacaq - BNA direktoru

Bakı Nəqliyyat Agentliyi (BNA) 36 küçə və prospektdə avtobuslar üçün xüsusi hərəkət zolağının çəkilməsini təklif edib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunu BNA-nın baş direktoru Vüsal Kərimli bildirib. Onun sözlərinə görə, ilkin olaraq 9 küçə və prospektdə bu zolağın çəkilməsinə razılıq verilib. V.Kərimli xatırladıb ki, avtobuslardan başqa, operativ nəqliyyat vasitələri, o cümlədən təcili tibbi yardım maşınları da bu zolaqlardan istifadə edə biləcək.
Həmin zolaqlardan taksilərin istifadəsinə gəlincə, qurum rəhbəri bunu deyib: "Bakıdakı taksi məsələsi ilə bağlı pərakəndə vəziyyət mövcuddur. Buna görə, biz vahid taksi sisteminin yaradılması ilə bağlı təklif irəli sürümüşük. Bəzi taksilər "A" nöqtəsindən "B" nöqtəsinə aparmaq üçün dolayı yollardan istifadə edir. Taksi bazası yaradıldıqdan sonra taksilər onlara verəcəyimiz xətlə istifadə edəcəklər. Əks halda istənilən şəxs avtomobil damına taksi işarəsi qoyub həmin yoldan istifadə edəcək. Bu məsələdə vətəndaşlarımızın da üzərinə məsuliyyət düşür. Gərək vətəndaşlarımız fərqlənmə nişanı olmayan taksilərdən istifadə etməsinlər".
V.Kərmili xüsusi hərəkət zolaqlarından istifadə hüququ olmayan digər nəqliyyat vasitələrinə tətbiq ediləcək cəza tədbirlərinə də toxunub. Onun sözlərinə görə, BNA ilə Baş Dövlət Yol Polisi (BDYP) arasında memorandum imzalanıb. Memorandumun şərtlərinə əsasən, xüsusi hərəkət zolaqlarından istifadə edən nəqliyyat vasitələrinin fotoları BDYP-yə göndəriləcək və onlar barəsində müvafiq cəza tədbiri görüləcək.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












