Yağışlı havada 60-la gedən avtomobil tormoz verəndə belə olur - VİDEO

Avtosfer.az saytı və «HED Akademi» şirkəti sürücülər üçün maraqlı videoçarx hazırlayıb. Real görüntülər əsasında hazırlanan bu videoçarx yağmurlu havada hərəkət edən avtomobilin tormozlama zamanı yaratdığı effekti sürücülərə əyani şəkildə göstərməyə xidmət edir. «HED Akademi»nin qapalı ərazisində baş tutan təlimdən hazırlanan videodan da aydın olduğu kimi, avtomobillər Avtosfer.az-ın baş redaktoru Elməddin Muradlı, «HED Akademi»nin rəşbəri Cankat Hurmoğlu və digər sürücülər tərəfindən idarə olunur.
Göründüyü kimi, avtomobillər 60 km/saat sürətlə hərəkət edir və islaq yolda qəfil tormozlama zamanı yaranan vəziyyət izaş olunur. «HED Akademi»nin rəhbəri Cankat Hurmoğlu bildirir ki, saatda 60 km sürətlə hərəkət edən avtomobil qəfil tormozlama zamanı ən azı 20 metrədək sürüşür. Bu zaman ABC sistemi ilə təchiz olunmuş avtomobilin üstünlüyü ondan ibarətdir ki, sürücü sükanı idarə edə bilir və maneəni vurmamaq üçün sağa-sola hərəkət edə bilər. Bunun üçün sürücü tormoz pedalını axıra qədər sıxmalıdır. Çünki ABC sisteminin işə düşməsi üçün ən azı 50 kq çəki lazımdır: «Əlbəttə, pedalı yüngül basdıqda ABC sistemi işə düşməyə bilər. Ona görə də, tormoz pedalını axıra qədər sıxmaq lazımdır».
Cankat Hurmoğlu əlavə edib ki, ABC sistemi ilə təchiz olunmayan avtomobillərdə qəfil tormozlama zamanı sükan kilidlənir və sürücü sükanı hara döndərsə də, avtomobil yalnız bir istiqamətdə hərəkəti davam etdirir.
Konkret bu görüntülərdən isə aydın olur ki, tormozlama zamanı ABC sistemi işə düşür və sükanı istənilən yerə döndərmək mümkündür. Avtomobilin sürüşməsi isə təbii ki, yol şəraiti ilə bağlıdır. Yaş yolda sürüşmə quru yola nisbətən iki dəfə artıqdır. Məsələn, quru yolda 60 km/saat sürətlə hərəkət edən avtomobilin dayanması tormoz verildikdən 10 metr sonra mümkündürsə, yaş yolda bu məsafə 20 metr olur. Odur ki, yağmurlu hava şəraitində sürücülərin bu məqamı nəzərə alması, düzgün ara məsafəsi və yol şəraitinə uyğun sürət həddi seçməsi olduqca önəmlidir.
Elməddin Muradlı
Sürücü keçidin üstündə dayanıb piyadalara “yol verdi” - 77-OL-498 - VİDEO
Binəqədidə qayda tanımayan sürücülər piyadaları yola çıxmağa məcbur etdi - VİDEO
Masazırda mopedlə “hoqqa” verən yeniyetmə yolda təhlükə yaratdı - VİDEO
Sürücü avtomobili elə saxladı ki, piyadaya yer qalmadı – VİDEO - YENİLƏNİB
Bakıda yeniyetmə “BMW” sürüb videosunu sosial şəbəkədə paylaşdı - VİDEO
Gözləməyə səbri çatmayan sürücü qəza şəraiti yaratdı - VİDEO
Əks yolda təhlükə yaradan sürücü azyaşlının həyatını da riskə atdı - VİDEO
Sürücülərin cərimə bal limiti niyə artırılmır? - Nəqliyyat eksperti SƏBƏBLƏRİ AÇIQLADI
Sağdakı avtomobili görməzlikdən gəlib yoluna davam etdi - VİDEO
Yasamalda taksi dayanacağı ilə bağlı narazılıq: “Yer tapmaq mümkün deyil” - VİDEO
Prospektdə qəza riski yaradan sürücü irada təhqirlə cavab verdi - 90-AK-900 - VİDEO










