Yalandan uşağının xəstə olduğunu deyən qadından - Şok dələduzluq

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahilə Atamovaya hökm oxunub. Hakim Səbuhi Hüseynov icraatında olan prosesdə məhkəmənin hökmü ilə S.Atamova 9 il müddətinə azadlıqdan məhrum edilib. Belə ki, 2011-ci ildə zərərçəkmiş Zəfər Quliyevin evindən 75 min manatlıq qızıl oğurlanıb. 5 il sonra oğrular müəyyən edilib – Z.Quliyevin arvadı Elnurə və onun rəfiqəsi Sahilə Atamova. Araşdırma zamanı məlum olub ki, S.Atamova tanışı Elnurəyə ailə üzvlərinin yaxın günlərdə öləcəyini, “xram” adlanan ruh vasitəsilə bu bədbəxt hadisənin qarşısını ala biləcəyini deyib. Əvəzində isə ondan qızılları istəyib. Razılaşmaya görə Elnurə evin qapısını açıq qoyaraq çıxıb, “xram” isə məsələni həll edib, yəni S.Atamova evdən qızılları götürərək çıxıb. Elnurə Əhmədova daha sonra bacısının evini sataraq pulu Sahiləyə verib.
S.Atamova isə özünü təqsirli bilməyərək deyib ki, xəstə olduğu üçün E.Əhmədova onun müalicəsinə kömək etmək üçün bu pulları özü verib.
S.Atamovanın digər qurbanı isə Feysbukda tanış olduğu Tural Həsənov olub. Onunla görüşdə uşağının xəstə olduğunu deyərək 14 min dollar alıb.
“Qafqazinfo”
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












