Yalnız bu şəxslər təhlükəsizlik kəməri taxmaya bilər - Azərbaycanda

Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər 40 manat cərimə olunur. Amma bunu bütün sürücülərə aid etmək olmaz. Avtosfer.az-ın məlumatına görə, hüquqşunas Asif Abdullayev metbuat.az-a açıqlamasında bildirir ki, hamilə qadınlara təhlükəsizlik kəmərindən istifadə etməməyə icazə verilir: “Yol hərəkəti haqqında" Qanunun 37-ci maddəsinin 6-cı hissəsində göztərilir ki, hamilə qadınlar təhlükəsizlik kəmərindən istifadə etməyə bilər. Amma hər bir halda təhlükəsizlik kəmərindən istifadə etməmək təhlükəlidir. Digər tərəfdən, hadisə baş versə hamilə qadının təhlükəsizlik kəmərindən istifadə etməsi ana bətnində olan uşağa xəsarət yetirə bilər. Bu səbəblə, hamilə qadınların avtomobildə daha ehtiyatlı olmaları lazımdır”.
Avtosfer.az əlavə olaraq bildirir ki, 12 yaşa çatmamış uşaqlar və avtomibili geriyə idarə edərkən sürücülər də təhlükəsizlik kəmərindən istifadə etməyə bilərlər. Eyni zamanda, yaşayış məntəqəsində operativ nəqliyyat vasitələrini (polis, təcili yardım, yanğınsöndürən və s.-red.) idarə edənlər kəmər taxmaya bilərlər.
Son vaxtlar bəzi sürücülər kəmər taxmamaq üçün müxtəlif üsullara əl atırlar. Onların bəziləri həkimdən saxta arayış alaraq "ürəyim xəstədir" deməklə kəmər taxmamaqda özlərini haqlı saymağa çalışırlar. Lakin bildiririk ki, qanunverilcikdə bu cür istisna hal yoxdur. Əksinə, siz "ürək xəstəliyinə dair" sənədi yol polisi inspektoruna təqdim edərək özünüzü haqlı çıxarmağa çalışarkən haqsız duruma düşə bilərsiniz. Çünki qanunvericiliyi yaxşı bilən inspektor ürəyi xəstə olan sürücünün sükan arxasına öyləşib maşın sürməsinin təhlükəlı olması barədə yuxarı instansiyalar qarşısında məsələ qaldıraraq sizi sürücülük hüququndan məhrum edə bilər. Ən yaxşı halda isə sizi dərhal avtomobildən düşürüb maşını cərimə meydançasına aparacaq. Nə vaxt siz sağlam bir sürücü tapıb gətirsəniz, o zaman avtomobil sizə qaytarılar...
Elməddin
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO












