Yan güzgüsü sınıq vəziyyətdə taksi işləyən "Prius" sürücüsü - VİDEO

Bakıda texniki cəhətdən nasaz vəziyyətdə olan avtomobillə taksi fəaliyyəti göstərən sürücü kameraya düşüb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə iyunun 6-da paytaxtın Ənvər Qasımzadə küçəsində qeydə alınıb.
Belə ki, 77-LJ-345 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sol yan güzgüsü sınıq olsa da, sürücü nəqliyyat vasitəsini bu vəziyyətdə idarə edib və sərnişin daşımaqda davam edib. Bu, yol hərəkəti təhlükəsizliyi baxımından ciddi qayda pozuntusudur.
Qeyd edək ki, yan güzgülər sürücünün ətrafdakı nəqliyyat vasitələrini izləməsi və təhlükəsiz manevr etməsi üçün vacib sayılır. Belə bir nasazlıqla yola çıxmaq təkcə sürücünün deyil, digər hərəkət iştirakçılarının da həyatını riskə atır. Taksi sürücülərinin gün ərzində fasiləsiz hərəkətdə olduqları nəzərə alınsa, bu cür texniki qüsurla xidmət göstərmək yolverilməz və son dərəcə təhlükəlidir.
Fərid
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO
Qusarda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi - FOTO
Sürücünün qaydaları kobud şəkildə pozmasının ANBAAN VİDEOsu
Boş yerdə dayanmayıb yolun ortasında sərnişin düşürən sürücü hərəkəti məhdudlaşdırdı - VİDEO








