Yanan avtomobildə ölən şəxsin kimliyi məlum olub – FOTO + VİDEO

Dünən Bakı şəhərinin Sabunçu rayonunda - Heydər Əliyev prospektinin keçmiş “Komsomol” dairəsindən keçən hissəsində baş vermiş dəhşətli qəzada ölən şəxsin kimliyi məlum olub. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, “QAZ 31 10” markalı minik avtomobili ilə “Mercedes” markalı kiçiktutumlu yük maşınının toqquşması nəticəsində hadisə yerində vəfat edən şəxsin 1936-cı il təvəllüdlü Astanov Hacıağa Abdulla oğlu olması müəyyənləşib. “QAZ 31 10”-un sükanı arxasında olan 81 yaşlı kişi avtomobil yanmağa başlamazdan əvvəl yaxınlıqdakı şəxslər tərəfindən nəqliyyat vasitəsinin salonundan çıxarılıb. Lakin hadisə yerinə gələn həkimlər onun artıq vəfat etdiyini müəyyənləşdiriblər. Qeyd edək ki, qəza nəticəsində 15 və 33 yaşlı daha iki nəfər xəsarət alıb. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












