
Yarım milyonluq maşınla riskli manevrlər edən sürücü SAXLANILDI - VİDEO
Qaydalar
29 Mart 2025 11:05
Oxunub 1770

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə əks yola çıxaraq yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü ilə bağlı tədbir görülüb. Belə ki, sürətlə hərəkət edən 10-ZY-100 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü Z.İbrahimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin DİN Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, sözügedən avtomobil duracağa yerləşdirilib: "Faktla bağlı araşdırma aparılır".
Xatırladaq ki, 10-ZY-100 dövlət qeydiyyat nişanlı, təxminən 500 min manatlıq "Range Rover" markalı avtomobilin sürücüsü manevrlər edərək digər hərəkət iştirakçılarına təhlükə yaradıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR