Yasamal sakinləri kampaniya keçirdi, icra hakimiyyəti müsbət cavab verdi – YENİ PARK SALINACAQ -FOTO

Gün ərzində istər qurumların məsuliyyətsizlikləri, sahibkarlar, istərsə də vətəndaşlar tərəfindən paytaxtın küçə və prospektlərində qaydaların kobud şəkildə pozulması ilə əlaqədar onlarla mənfi xəbər veririk. Bu dəfə isə aldığımız məlumatlar müsbət yöndədir.
Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonundakı geniş yaşıllıq ərazisində yenidənqurma işləri ilə bağlı qərar verilib
Belə ki, Kənar dairəvi ol yaxınlığında, Yasamal Yaşayış Kompleksinin arxasında yerləşən 5 hektarlıq ərazidə park salınır.
2-3 il əvvəl Yasamal Yaşayış Kompleksinin sakinləri bu ərazinin meşə tipli parka çevrilməsi üçün kampaniyaya başlamış və aidiyyəti orqanlara müraciət göndərmişdilər.

İndiyədək əraziyə həm Yasamal, həm də Bakının başqa rayonlarından tikinti tullantıları daşınır və ərazi çirkləndirilirdi. Ağaclar da baxımsızlıqdan quruyurdu. Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına görə, 161 ədəd qurumuş və aşma təhlükəsi olan ağac ərazidən götürülüb və onların yerinə 300-ə yaxın yeni ağac əkiləcək.

Ərazi abadlaşdırılacaq və burada velosiped yolları, uşaq oyun meydançaları və s. quraşdırılaraq park halına salınacaq. Bir sözlə, sakinlərin arzusu reallaşacaq.
Səfər
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO
Qəsəbədə yük maşını hər gün piyada keçidini zəbt edir - 77-HN-425 - FOTO
Sürücü motosikleti "şahə qaldıraraq" təhlükə yaratdı - ANBAAN VİDEO - YENİLƏNİB
Yolda bir-birinə sürtünən sürücülər qəza vəziyyəti yaratdı - VİDEO
Sürücü fəryad etdi: Elə bil yoncalıqda maşın sürürlər - VİDEO
Yola baxmadan manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Biləcəridə əks yola çıxan sürücü qarşıdan gələnləri riskə atdı - 10-ZT-837 - VİDEO
Qayda tanımayan sürücü digər avtomobili əks yola çıxarıb riskli anlar yaşatdı - VİDEO
Narkoman sürücü yük maşını ilə təhlükəli şou göstərdi - DYP görüntüləri yaydı - VİDEO











