Yasamalda əks yola çıxan sürücü “dirəşsə” də baxın öz yoluna necə qayıtdı - VİDEO

Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində qayda pozan sürücü anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 21-də günorta saatlarında qeydə alınıb. Belə ki, 77-KG-687 dövlət nömrə nişanlı “KIA Ceed” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq axına qarşı hərəkət edib. Bu zaman o, həmin istiqamətdəki avtomobillə üz-üzə gəlib. Qarşısındakı avtomobilə əliylə işarə edən sürücü onun sol zolağa keçərək yol verməsini bildirib. Lakin sürücü qayda pozan şəxsi cəzalandırmaq üçün maşının hərəkətini saxlayıb. Daha sonra o, avtomobildən düşərək dayanan maşına yaxınlaşıb və sürücüdən sol tərəfin boş olduğu halda niyə o zolaqla hərəkət etmədiyini soruşub. Sürücü “Sən kimdənsə üstünsən?” deyə, ona cavab verib. Qayda pozan şəxs isə “Sən görmürsən ki, o tərəfdə nə qədər maşın var?” söyləyərək törətdiyi əmələ haqq qazandırıb. Ardınca vaxtının çox olduğunu vurğulayan “KIA” sürücüsü bir az gözləsə də, sonda məcbur qalıb yenidən öz yoluna qayıdıb.
Nərmin
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










