Yasamalda "kruq" plyonka ilə "qoçuluq" edən sürücünün növbəti VİDEOsu

Qaydalar 15 Noyabr 2021 13:38 Oxunub 5886
Yasamalda "kruq" plyonka ilə "qoçuluq" edən  sürücünün növbəti VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qeydiyyat nişanlarını çıxararaq plyonkalı avtomobillə paytaxt küçələrində hərəkət edən sürücünün növbəti videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, bundan əvvəl dərc edilən videoda sürücü Ziya Bünyadov prospektində hər iki qeydiyyat nişanını çıxararaq hərəkət edib. Bu dəfəki video paytaxtın Yasamal rayonu A.M.Şərifzadə küçəsində qeydə alınıb. Belə ki, 99-EJ-017 qeydiyyat nişanlı “Naz Lifan” markalı avtomobilin sürücüsü yenə də ön qeydiyyat nişanını çıxararaq hərəkət edib. Videodan da aydın şəkildə görünür ki, avtomobilin bütün şüşələrinə, o cümlədən alın şüşəsinə tünd plyonka çəkilib. Avtosfer.az-a verilən məlumata görə sürücü neçə aylardır ki, avtomobili bu cür idarə edir.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh