Sürücü qarajın girişini bağladı – Yarım saat gözləyən sakin geri qayıtdı - VİDEO

Avtosfer TV 9 Aprel 2026 16:00
Sürücü qarajın girişini bağladı – Yarım saat gözləyən sakin geri qayıtdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində dayanma-durma qaydasını pozan sürücü lentə alınıb. Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına video göndərərək məlumat verib.  

Hadisə aprelin 5-də saat 18:21 radələrində Dadaş Bünyadzadə küçəsində qeydə alınıb.

Videodan görünür ki, 99-YB-302 dövlət nömrə nişanlı “GAC” markalı avtomobil yeraltı parkinqin girişində saxlanılıb.

Şikayətçi bildirib ki, qarajın qapısını açarkən avtomobilin qarşısını kəsdiyini görüb, lakin sürücü sükan arxasında olmayıb: “Yarım saata yaxın ərazidə gözlədim, amma avtomobilin sahibi tapılmadı. Nəticədə qaraja girə bilmədiyim üçün geri qayıtdım. Axşam qayıdanda maşın artıq orada yox idi,” – deyə sakin əlavə edib.

Nərmin

Oxunub : 406
ŞƏRH YAZ
Ad

E-mail

Şərh