Yaşayış kompleksinin girişini zəbt edən sürücülər yanğınsöndürənin yolunu kəsdilər - VİDEO

Yaşayış kompleksinin həyətində baş verən anları sakinlərdən biri videoya çəkərək sosial şəbəkədə paylaşıb. Avtosfer.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində inşa edilən MİDA yaşayış kompleksinin həyətində baş verib. Videogörüntüdən də aydın şəkildə görünür ki, yanğından mühafizə xidmətinin əməkdaşları bina ərazisində baş verən hadisə ilə bağlı həyətyanı sahəyə daxil ola bilməyiblər. Buna səbəb həyətin girişində sağda və solda dayanan sürücülər olub. Digər yük avtomobilinin sürücüsü isə səkiyə paralel saxlayaraq yükü boşaltmaq imkanı olduğu halda, maşını bucaq altında saxlayaraq yolu kəsib.
Qanunvericiliyə görə, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanma və durma, o cümlədən giriş-çıxışa mane olmaq qadağandır.
Qeyd edək ki, inzibati Xətalar Məcəlləsinə edilən son dəyişiklikdən sonra nəqliyyat vasitələrinin kəsişmə yerlərinə 5 metrdən az yaxınlıqda dayanmasına görə müəyyən edilmiş 20 manatlıq cərimə məbləği 40 manata qaldırılıb.
Nərmin
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO











