Yaşıl işıqda hərəkət edən sürücülər bu hərəkətə görə cərimələnəcək - VİDEO

Masazır-Novxanı yolunda qaydalardan xəbərsiz sürücülər yolayrıcını düzgün keçmirlər.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntü yayılıb. Belə ki, Novxanı-Masazır yolunun kəsişməsində (duz gölünün yanında) svetofor quraşdırılıb. Svetoforun əsas bölməsində qırmızı işıq yanan zaman Masazır istiqamətindən gələn sürücülər sola dönə bilirlər. Lakin onlar yolun hərəkət hissəsində dayanaraq Novxanı istiqamətindən gələn sürücülərə yol verirlər.
Qanunvericiliyə görə, Masazırdan gəlib sola dönən sürücülər üstünlüyə malikdirlər. Çünki həmin vaxt digər istiqamətdən gələn sürücülər əlavə bölmədə hərəkət etmiş sayılırlar.
"Yol hərəkəti haqqında" qanunun 76-cı maddəsinin II hissəsində qeyd olunub ki, svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir.
Yol verməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 3 bal 80 manat məbləğində cərimə oluna bilərlər.
Leyla
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO










